5 May 2015 11:57
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin istiqamətlərindən biri də təhsilin inkişafına diqqət və qayğı göstərməkdir. Biz göstərilən bu diqqət və qayğının bəhrəsini bir neçə ildən sonra görəcəyik".

Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 -ci ildönümü münasibətilə təşkil olunmuş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Onun sözlərinə görə, bu müsabiqə iştirakçılarının sayına görə ən öndə gedən tədbirdir: "Bu, şagirdlərimizin Heydər Əliyev şəxsiyyətinə böyük hörmət və ehtiramından xəbər verir. Bu müsabiqə gənclərimizin dövlətçilik təfəkkürünün formalaşmasına təsir göstərir ".

Ə.Əhmədov qeyd edib ki, Heydər Əliyev irsinin öyrənilməsi gənclərdə həm də Vətənə məhəbbət və vətənpərvərlik hisslərini formalaşdırır, onların bilik vərdişlərinin təkmilləşməsinə təsir edir, siyasi mədəniyyətinin formalaşmasına töhfə verir.

Baş nazirin müavini bildirib ki, Azırbaycan gənclərinə dövlət tərəfindən göstərilən qayğı gələcəyə daha böyük ümidlə baxmağa əsas yaradır.

YAP-ın icra katibi əlavə edib ki, partiya artıq 9-cu dəfə keçirilərək xoş ənənəyə çevrilən bu müsabiqədə yer tutub, sonra isə ali məktəblərə daxil olanlar üçün xüsusi təqaüd təsis edib: "Bu gün 37 nəfər bu təqaüdü alır və onların sayı ilbəil artır. Bu onu göstərir ki, müsabiqədə iştirak edən gənclərin bacarıq meyarları artır".


Müəllif:

Oxşar xəbərlər