5 May 2015 12:12
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT PA) Hüquqi və Siyasi Məsələlər Komissiyasının 45-ci iclasında qurumun statusu barədə məsələ də müzakirə olunacaq".

Bunu jurnalistlərə açıqlamasında QDİƏT PA-nın baş katibi Asəf Hacıyev deyib.

Onun sözlərinə görə, artıq 7-8 ildir ki, bu məsələ müzakirə olunur: "Çünki hazırki sənədlərə əsasən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlı bir təşkilatdır. Artıq Parlament Assambleyasının statusu qaldırılmalıdır, dünyanın heç bir yerində Parlament Assambleyası digər bir təşkilatın qolu ola bilməz. Ona görə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nazirlər və qanunvericilik, yəni Parlament Assambleyası səviyyəsində iki qolu olacaq. Ancaq bu təşkilatlar çox sıx əlaqədə olacaqlar. Çünki Parlament Assambleyasının əsas məqsədi odur ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında qəbul edilən böyük layihələr üçün qanunvericilik bazası yaratsın. Bu layihələr o qədər böyükdür ki, onların həyata keçirilməsi üçün qanvericilik bazası olmalıdır. Ona görə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birindən həm asılı olmayan, həm də sıx əlaqədə olan iki təşkilat olacaq. 7-8 il əvvəl Parlament Assambleyasının statusunun qaldırılması ilə bağlı müzakirələr nəticə vermədi. Güman edirəm ki, indi bu məsələ asan olmasa da, həllini tapacaq”./Trend


Müəllif:

Oxşar xəbərlər