5 May 2015 19:18
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiyada velosiped idmanının və turizminin təşviqi ilə məşğul olan “Pedalinac” velosiped klubu “Bakı-2015” ilk Avropa Oyunlarına velosipedlə” layihəsinə start verib.

Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov məlumat verib.

Federasiyanın vitse-prezidenti bildirib ki, layihəyə əsasən 7 velosipedçi mayın 5-də Xorvatiyanın Dubrovnik şəhərindən yola çıxacaqlar. Yürüş iştirakçıları təxminən 4 min kilometr məsafə qət etdikdən sonra Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəklər. Velosipedçilər təqribən 35-40 günlük yürüş çərçivəsində Xorvatiya, Monteneqro, Albaniya, Makedoniya, Yunanıstan, Bolqarıstan, Türkiyə və Gürcüstan ərazilərindən keçərək Azərbaycana gələcəklər.

“Pedalinac” klubu 2008-ci il Olimpiadası ərəfəsində Zaqreb-Pekin marşrutu üzrə 12 min kilometr uzunluğunda dörd aylıq veloyürüş təşkil etmişdi. Daha sonra “London-2012” və “Soçi-2014” Olimpiya Oyunlarından əvvəl Xorvatiyadan həmin şəhərlərə də velosiped yürüşləri həyata keçirilmişdi.


Müəllif:

Oxşar xəbərlər