6 May 2015 09:59
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qum şəhərində Əl-Mustafa Beynəlxalq Universitetinin rektoru Əlirza Əarafi ilə görüşüb.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı M.Qurbanlı deyib ki, ümummilli lider Heydər Əliyevin 1994-cü ildə müstəqil Azərbaycanın Prezidenti kimi ilk dəfə İrana rəsmi səfər etməsi ilə iki ölkə arasında əlaqələrin inkişafı üçün zəmin yarandı. Təhsil sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayan komitə sədri bu universitetdə azərbaycanlıların təhsil almalarının sistemili şəkildə həyata keçirilməsinin zəruriliyini bildirib. O qeyd edib ki, gənclərin xaricdə dini təhsil almaları qanunla tənzimlənməlidir.

Azərbaycanda da gənclərə dini təhsil verildiyini deyən M.Qurbanlı Bakıda İslam Universitetinin, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsinin fəaliyyəti barədə məlumat verib.

Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında danışan Ə.Əarafi deyib ki, Əl-Mustafa Universitetində 30 min tələbə təhsil alır. Universitet Avropanın ali təhsil ocaqları ilə yaxın əməkdaşlıq əlaqələrinə malikdir. Burada gənclər dini təhsillə yanaşı, dünyəvi elmləri də öyrənirlər. Müasir dünyada çox gərgin proseslərin baş verdiyini diqqətə çatdıran Ə.Əarafi qeyd edib ki, elmi və düşüncəsi zəif olan gənclər təbliğata uyaraq radikal dini qruplaşmalara qoşulurlar. Belə halların qarşısını qarşılıqlı əməkdaşlıqla və gənclərə səviyyəli elm öyrətməklə almaq olar.

Görüşdə dini təhsillə bağlı İranda və Azərbaycanda fəaliyyət göstərən müvafiq təhsil müəssisələri arasında əlaqələrin yaradıması, tələbə və müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.

Sonra M.Qurbanlı Əl-Mustafa Beynəlxalq Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların problemləri ilə maraqlanıb, fikirlərini dinləyib və dini təhsillə bağlı Azərbaycanın qanunvericiliyi haqqında məlumat verib.

Eyni zamanda M.Qurbanlı Qum şəhərində İranın tanınmış din xadimi, islamşünas alim (müctəhid) Cəfər Sübhani ilə də görüşüb. Görüşdə İslam alimlərinin elmi düşüncələri (fətvaları), radikal dini cərəyanlarla ideoloji səviyyədə mübarizə metodları və digər məsələlər müzakirə edilib.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin İrandakı nümayəndəsi Şamil Rəsulov da iştirak edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər