Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata geçirilən “Xızı, Şabran, Siyəzən, Quba, Qusar və Xaşmaz şəhərində gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi” layihəsinə start verilib.
Layihə ilə bağlı Teleqraf.com-a “Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərinə görə, layihə Azərbaycanın şimal bölgəsini əhatə edəcək və 6 rayonda gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinq keçiriləcək: “Artıq layihəyə start vermişik. Güman edirəm ki, biz bu dəfə də layihəni uğurla başa vuracağıq. Şuranın bu cür geniş layihələrə dəstək verməsi, həqiqətən təqdirəlayiq haldır”.
BƏXTİYAR