6 May 2015 23:05
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin müdrik xarici siyasətinin təsdiqidir. Bunu Trend-ə ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhani deyib.

Onun sözlərinə görə, İ.Əliyev xalqın maraqlarının hər şeydən üstün olduğu ölkəni müstəqillik yolu ilə aparır.

R.Sübhani qeyd edib ki, I Avropa Oyunlarının keçirilməsi Azərbaycanın həyatında tarixi andır: "Bu, həqiqətən də qürur mövzusudur. Bu hadisə qlobal məsələlərdə Azərbaycanın imicini möhkəmləndirir və ölkəni beynəlxalq arenada daimi oyunçuya çevirir".

Baş direktor əlavə edib ki, I Avropa Oyunları kimi iri idman tədbirinə ev sahibliyi edən ölkə yarışların keçirilməsi üçün infrastruktura malik olmalıdır: "Ölkənin iqtisadi inkişafının mühərriki sayılan qeyri-neft sektoruna xüsusi diqqət ayıran Prezident İlham Əliyev sayəsində Azərbaycan belə nüfuzli idman tədbirini keçirmək iqtidarındadır".

O bildirib: "Yadda saxlamaq lazımdır ki, Oyunlar Paris, London, Berlin və ya Budapeştdə keçirilə bilərdi, lakin yarışlar Bakıda keçiriləcək. Bu, Azərbaycan xalqı üçün qələbədir".

R.Sübhaninin fikrincə, I Avropa Oyunlarının keçirilməsi Azərbaycana həm qısamüddətli - məsələn, turizm sahəsində, həm də uzunmüddətli - Azərbaycan xalqının istifadə edəcəyi infrastruktur kimi fayda verəcək: "Bundan başqa, Azərbaycan I Avropa Oyunlarının ilk ev sahibi ölkəsi kimi tarixə düşəcək".


Müəllif:

Oxşar xəbərlər