7 May 2015 08:27
2 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıya gələn turistlərin ən çox üz tutduqları məkanlar sırasında Dağüstü park da var. Birinci Avropa Oyunları zamanı əcnəbi qonaqların burada yaxşı vaxt keçirmələri üçün parkda gözəl şərait yaradılıb.

Dağüstü parkdan paytaxtımıza və Bakı buxtasına ecazkar mənzərə açılır. Bu park uzun illərdir paytaxt sakinlərinin, şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarındandır. Birinci Avropa Oyunları zamanı tətbiq olunacaq turizm marşrutlarında da Dağüstü parka gəzinti nəzərdə tutulub.

Oyunlarla əlaqədar Dağüstü park da yeni görkəm alır. Park yenidən qurularkən relyef müxtəlifliyindən məharətlə istifadə olunub. Görülən işlər və meydançaların əlverişli yerləşdirilməsi Bakı buxtasına valehedici mənzərəni seyr etməyə şərait yaradır. Memarlıq baxımından zövqlə qurulan xiyaban və terraslar bir-biri ilə pilləkənlərlə əlaqələndirilir, meydançalar isə doğma Xəzərin panoramını daha geniş nümayiş etdirir. Müasir tələblər səviyyəsində qurulan və paytaxtın bu hissəsinin görkəminə xüsusi yaraşıq verən parkda yeni yollar və cığırlar salınıb. Burada quraşdırılan şəlalə parka füsunkar görünüş verir. Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, yeni dekorativ bitkilər əkilib. Müasir işıqlandırma sistemi isə parkın gözəlliyini daha da artırır.


Müəllif:

Oxşar xəbərlər