Hər il olduğu kimi bu ildə Heydər Əliyevin doğum günü münasibətilə Dağıstandan gələn nümayəndə heyəti Xaçmaz rayonunda olub. Qonaqlar burada Heydər Əliyev mərkəzinin binasına baxış keçirib, onun abidəsini ziyarət ediblər.
Dərbənd rayon müdiriyyətinin yeni başçısı Məhəmməd Cəlilov ANS-ə ekskluziv müsahibəsində məhz Heydər Əliyevin doğum gününə təsadüf edən Azərbaycana ilk səfərindən məmnun olduğunu deyib.
Onun başçılıq etdiyi Nümayəndə heyəti rayonun görməli, tarixi yerlərinə, Heydər Əliyev bulağına, Bayraq kompleksinə də baxış keçiriblər.
Qeyd edək ki, Xaçmaz və Dərbənd qardaşlaşmış şəhərlərdir.