14 May 2015 13:22
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Konfransı Gənclər Forumunun təşəbbüsü, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin dəstəyi ilə artıq beşinci ildir ki, davam edən “İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” proqramı çərçivəsində “İƏT Model-Azərbaycan” adlı milli mərhələnin yekunu və qaliblərin mükafatlandırma mərasimi həyata keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov layihənin məqsədləri və bu layihənin həyata keçirilməyə başladığı ötən 5 ildə əldə olunan uğurlar, layihə çərçivəsində beynəlxalq səviyyədə qazanılan əlaqalər, bu proqramda Azərbaycanın mühüm rolu haqqında danışıb. Qeyd edilib ki, keçən 5 il ərzində İƏT ölkələrində layihə çərçivəsində keçirilən təlim və tədbirlərdə 15 mindən artıq tələbə iştitak edib, bunların 700-ə yaxını və ən aktivləri Azərbaycan gəncləri olub.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev 5 ildir təmsil etdiyi nazirliyin tərəfdaş olduğu bu layihənin gənclərin beynəlxalq əməkdaşlığına mühüm töhfə verdiyini və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rolu olduğuna, gənclər vasitəsi ilə Azərbaycanın daha çox tanıdılmasına xidmət etdiyinə inandıqlarını bildirib.

Qeyd edək ki, “İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə təsis edilmiş beynəlxalq təhsil proqramıdır və icrasına ilk dəfə 2011-ci ildə Azərbaycanda start verilib. Hazırda bu təhsil proqramı İslam Əməkdaşlıq Təşkilatına üzv 40-a yaxın ölkədə eyni zamanda həyata keçirilir.

İcrasına 3 ay əvvəl start verilmiş “İƏT Model-Azərbaycan” mərhələsində BDU, ADA, DİA, Dillər, Slavyan və s. universitet və ali məktəblərdən 200-ə yaxın tələbə iştirak edib, 6 həftə ərzində onlar İƏT arealı ölkələrinin siyasi, mədəni, iqtisadi problemlərinə, qlobal strategiyalar və beynəlxalq münasibətlərə həsr olunmuş seriya mühazirələr dinləmiş, İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfir və diplomatik missiya nümayəndələri ilə görüşlərdə iştirak etmiş, beynəlxalq münasibətlərin bir çox aspektləri ilə praktiki və yaxından tanış olublar.

Proqramın əsas hissəsi olan yekun tədbirdə, proqram iştirakçıları İƏT Xarici İşlər Nazirləri Toplantısını reallığa maksimum yaxınlaşdırılmış formada simulyasiya edən “İƏT XİN Sammiti”ndə, İƏT-ə üzv ölkələlər üzrə işçi qruplara bölünərək İƏT məkanında mühüm siyasi xarakter daşıyan və dünyanı narahat edən problemləri müzakirə edərək müvafiq qərarlar qəbul ediblər. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə hazırda Yəməndə gedən cari proseslər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə təkliflər, Yaxın Şərq münaqişələri həlli üzrə təşəbbüslər öz əksini tapıb.

Qapanış mərasimində isə proqramda xüsusi istedadı və bacarığı, “İƏT XİN Sammiti”ndə fəallığı ilə seçilən gənclər səfirlərin, diplomatların, dövlət qurumları nümayəndələrinin iştirakı ilə xüsüsi hədiyyələr və diplomlarla ilə təltif olunub və onlardan ən yaxşıları hər il İƏT-ə üzv ölkələrin birində keçirilən “İƏT Model - Qlobal Sammit”ində iştirak etmək hüququ əldə ediblər.

BƏXTİYAR


Müəllif: