Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda “Bulvar Hotel”in açılışında iştirak ediblər.
Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, “Bulvar Hotel” “Absheron Hotel Group”a daxildir və bu qrupun dördüncü otelidir. Beşulduzlu yeni otel həm də “Marriott” brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi “Autograph Collection”un rəsmi üzvüdür.
Oteldə 818 nömrə var.
Otellə tanışlıqdan sonra prezident İlham Əliyev kollektivlə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.