ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik İtaliya hökuməti ilə Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmələr aparıb.
Trend-in məlumatına görə, bu barədə C.Uorlik "Twitter" səhifəsində yazıb: "Bu gün İtaliya hökuməti ilə məsləhətləşmələr keçirildi. Minsk Qrupunun bütün iştirakçı ölkələri sülh danışıqları prosesini dəstəkləyir".