15 May 2015 18:08
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ağ Şəhər bulvarında yaradılan şəraitlə tanış olublar.

Bakı Ağ Şəhər bulvarında layihə çərçivəsində işlər yüksək səviyyədə həyata keçirilib. Bu bulvar əvvəllər paytaxtın “Qara şəhər” kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə ən müasir standartlara uyğun şəkildə salınıb. Dövlətimizin başçısı tərəfindən 2013-cü ilin mayında təməli qoyulan yeni bulvarın inşası ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən və dünyanın ən iri müasir layihələrindən biri olacaq “Bakı Ağ Şəhər” layihəsini tamamlamaqla paytaxtımızın simasını daha da gözəlləşdirir.

Prezident İlham Əliyev təməli qoyulduğu ilk gündən başlayaraq Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə mütəmadi maraqlanıb, layihənin yüksək keyfiyyətlə icra olunmasına şəxsən nəzarət edib. Bakı sakinlərinin və şəhərimizin qonaqlarının istirahəti üçün Ağ Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində yaradılıb. Bulvarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün piyada keçidləri də inşa edilib. Bu gözəl istirahət məkanı sürətlə böyüyən və inkişaf edən Bakının görməli və gəzməli yerlərinə yeni bir ünvan da artırır. Bakı Ağ Şəhər bulvarı Ağ Şəhərdən Xəzərə açılan mənzərəni daha da cazibədar edir.


Müəllif:

Oxşar xəbərlər