16 May 2015 09:47
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İlqar Mustafayevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərtac xəbər verir ki, sərəncama əsasən İlqar Əziz oğlu Mustafayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilib.

***

Azərbaycan Respublikası Prezidenti İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması və onun maddi-texniki bazasının təşkili ilə bağlı məsələləri həll etmək, 2015/2016-cı tədris ilindən başlayaraq İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini təmin etmək məqsədi ilə dövlət sifarişi əsasında tələbə qəbulu planı üzrə yerlərin ayrılması ilə bağlı zəruri tədbirləri həyata keçirmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


Müəllif: