Azərbaycanda gömrük fəaliyyəti üzərində nəzarət gücləndirilir.
Teleqraf.com-un məlumatına görə, bununla əlaqədar olaraq Nazirlər Kabineti gömrük sahəsinin fəaliyyətini tənzimləyən 24 normativ hüquqi aktda dəyişikliklər edib.
Bununla da aşağıdakı qaydalarda dəyişikliklər, şərtlər və məhdudiyyətlər bundan sonra yalnız dövlət başçısının razılığı ilə edilə bilər: "Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair Şərtlər və məhdudiyyətlər", "Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları", "Gömrük ödənişlərinin qaytarılması Qaydaları", "Mallardan dövlətin xeyrinə imtina edilməsi Qaydası", "Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması Qaydaları", "Gömrük ekspertizasının aparılması Qaydaları", "Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası" və s.
Dəyişikliklər 2015-ci il mayın 1-dən qüvvəyə minib.