Mayın 22-də vergilər naziri Fazil Məmmədov Şabran rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vergilər Nazirliyinin analitik-informasiya mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 3 saylı Ərazi Vergilər İdarəsi, Şabran rayonu vergi ödəyicilərinə xidmət mərkəzi, Xaçmaz rayonu vergi ödəyicilərinə xidmət mərkəzi, Qusar rayonu vergi ödəyicilərinə xidmət mərkəzi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Naibə QURBANOVA