Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi, səmərəliyinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə ölkəmizin şəhər və rayonlarında səyyar xidmətlər davam etdirilir.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, növbəti belə tədbirlər paytaxtın Qaradağ Rayon Polis İdarəsinin və Yardımlı Rayon Polis Şöbəsinin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində baş tutub.
Keçirilmiş səyyar xidmət zamanı bu qəsəbədə məskunlaşmış 155 Yardımlı rayon, 160 nəfər isə Qızıldaş qəsəbə sakininin müvafiq sənədləri qəbul edilib.
Hacı Zeynalov