19 May 2015 17:02
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi rayon ərazisində, Azadlıq prospekti 200/36 saylı binada baş vermiş yanğınla əlaqədar olaraq açıqlama yayıb.

Açıqlamada bildirilir ki, yanğın baş verən andan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və BRİH başçısı Aparatının əməkdaşları, Daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov, Baş prokurorun müavini Rüstəm Usubov, Fövqəladə Hallar Nazirliyi, Hüquq-mühafizə orqanları və digər güc strukturları hadisə yerindədirlər. Binada evakuasiya işləri sona çatır.

Səhiyyə Nazirliyindən alınan məlumata görə yaralıların sayı 43-ə, ölülərin sayı 10-a çatıb. Xəsarət alanlar Təcili Tibbi yardım əməkdaşlarının köməyi ilə xəstəxanalara yerləşdirilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər