19 May 2015 18:38
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində mayın 20-də keçiriləcək görüşlərdə iştirak etmək üçün Belçika Krallığına səfər edib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşlərdə hərbi əməkdaşlıq, Əfqanıstandakı vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər və onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, səfər mayın 21-dək davam edəcəkdir.

BƏXTİYAR


Müəllif: