19 May 2015 22:08
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini Zeynal Nağdəliyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azadlıq prospekti, 289 ünvanında baş verən yanğınla əlaqədar əraziyə gəlib.


Zeynal Nağdəliyev və Kəmaləddin Heydərov hadisə yerinə baxış keçiriblər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov son vəziyyətlə bağlı onları məlumatlandırıb.

Rəsmilərə yanğının fəsadları barədə tərtib olunmuş aktlar təqdim olunub.

Qeyd edək ki,fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Özbəkistana səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb.


Müəllif:

Oxşar xəbərlər