20 May 2015 10:24
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 19-da Bakıda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində Klniki Tibbi Mərkəzdə yerləşdirilən xəstələrdən biri vəfat edib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəsarət alan 56 nəfərə tibbi yardım göstərilib.

Həmin şəxslərdən 34 nəfər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, 2 nəfər 6 saylı şəhər xəstəxanasına, 4 Travmatologiya və Ortopediya İnstitutuna, 1 Yanıq Mərkəzinə yerləşdirilib. 15 nəfərə hadisə yerində yardım göstərilib.

Qeyd edək ki, dünən baş verən yanğın nəticəsində hadisə yerində 14 nəfər ölmüşdü.


Müəllif:

Oxşar xəbərlər