Azərbaycan Prezidenti İlham Əliyev Kamerun Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Kamerun Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kamerun xalqına əmin-amanlıq və rifah diləyirəm".