Bolqarıstan hökuməti Azərbaycanla elektron rabitə, informasiya texnologiyaları və elektron idarəetmə sahələrində əldə olunan razılığı təsdiqləyib.
Bu barədə Trend Bolqarıstan mətbuatına istinadən xəbər verir.
Sənəd martın 4-ü Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı imzalanıb.
Məlumatda deyilir: “Razılıq elektron idarəetmə, informasiya təhlükəsizliyi, informasiya cəmiyyətində siyasi standartların unifikasiyası sahələrində ikitərəfli münasibətlərin inkişafına imkan yaradacaq və bu sahədə işgüzar əlaqələrin inkişafına səbəb olacaq”.