Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Teleqraf.com-un məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident,
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizə və Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzu edirəm".