Qırğızıstan Prezidenti Almazbek Atambayev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Başsağlığında deyilir: Hörmətli İlham Heydər oğlu, Bakı şəhərində baş vermiş və insan tələfatı ilə nəticələnmiş faciə ilə əlaqədar başsağlığımı qəbul edin.
Həlak olanların doğmalarının və yaxınlarının kədərinə Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan şərik olduğumuzu onlara çatdırmağı xahiş edirəm. Bütün zərərçəkənlərin hamısına tezliklə sağalmağı arzu edirik".
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Latviya Prezidenti Vayra Vike-Freyberqa (1999-2007), İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin və İdarə heyətinin üzvləri - Bolqarıstan Prezidenti Petar Stoyanov (1997-2002), Rumıniya Prezidenti Emil, Konstantinesku (1996-2000), Serbiya Prezidenti Boris Tadiç (2004-2012), Ukrayna Prezidenti Viktor Yuşşenko (2005-2010) da dövlətimizin başçısına başsağılığı veriblər.
Başsağlığında bildirilir: "Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş və insan tələfatı ilə nəticələnmiş yanğın hadisəsi barədə xəbər bizi son dərəcə sarsıtdı.
Sizin kədərinizi bölüşür və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri adından Sizə, həlak olanların ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk".