22 May 2015 10:06
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıda baş vermiş yanğınla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə dərin hüznlə başsağlığı verib.

Bu barədə Trend-in “Türkmənistan: Zolotoy vek” qəzetinə istinadən verdiyi məlumatında deyilir.

Türkmənistan Prezidenti həlak olanların yaxınları və doğmalarının dərdinə şərik və onlara dəstək olduğunu bildirib, həmçinin xəsarət alanların tez bir zamanda sağalmasını diləyib.

Qeyd edək ki, mayın 19-da Bakıda yaşayış binasında baş vermiş güclü yanğın nəticəsində 15 nəfər ölüb.


Müəllif:

Oxşar xəbərlər