Binəqədidə yanğın baş verən binada aparılan təmir-bərpa işləri 5 aya yekunlaşacaq.
Teleqraf.com-un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.
Qeyd edək ki, artıq binada təmir-bərpa işlərinə start verilib.
Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.