SOCAR həmcinsi ilə ailə həyatı quran qızın atası ilə bağlı məlumat yayıb.
Şirkətdən Teleqraf.com-a verilən məlumata görə, orada Kamal Eynullayev adlı şəxs işləmir.
Şirkətin yaydığı məlumatda deyilir:
“Bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatla əlaqədar bildiririk ki, SOCAR-ın strukturuna daxil olan müəssisələrdə Kamal Eynullayev və yaxud Kamal Eynulla adında bir şəxs işləmir”.
Qeyd edək ki, Nyu York Tayms-ın yaydığı məlumata görə, SOCAR-ın müfəttişi olduğu deyilən Kamal Eynullayevin qızlarından biri - Elnarə Eynullayeva dünən Amerikanın Massaçusets ştatının Biotexnologiya şurasının maliyyə və administrasiya üzrə vitse-prezidentinin qızı Rozali Hyus Fazio ilə nikaha daxil olub.
Rozali Feysbukda ötən ilin iyununda nişanlanması ilə bağlı xəbər də paylaşıb. O, Elnarə ilə fotolarını paylaşaraq belə yazıb: “Hey uşaqlar, mən qadınla evlənməyə hazırlaşıram! Həyatımı və bu qadını sevirəm!”
Naibə QURBANOVA