Azərbaycanın Energetika Nazirliyinin mətbuat xidmətinə yeni təyinat olub.
Teleqraf.com-un məlumatına görə, tanınmış telejurnalist Zəminə Əliyeva qurumun mətbuat katibi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, həmin postu təmsil edən jurnalist Azər Mənsimli bir müddət öncə vəzifəsindən kənarlaşdırılıb.
Zəminə Əliyeva 25 dekabr 1980-ci ildə Zəngilanda anadan olub.
2002-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. Müxtəlif telekanallarda çalışıb. 2013-cü ilin avqust ayından etibarən " Space" TV-də Xəbərlər Xidmətinin rəhbər müavini kimi fəaliyyət göstərib.
Ailəlidir. 2 qızı var.