ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.
C. Uorlik bu barədə "Twitter" səhifəsində yazıb: "Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm".
Amerikalı həmsədr yazıb ki, ABŞ-da Respublika Gününə həsr edilmiş tədbirdə iştirak etmək onun üçün xoş olub. O, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova tədbirə dəvətə görə təşəkkür edib.