Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən I Avropa Oyunları və ictimai davranış qaydalarına aid QHT layihələrinin icra vəziyyəti müzakirə olunub.
Teleqraf.com-un məlumatına görə, toplantıda məqsəd I Avropa Oyunlarına ictimai dəstəyin, eyni zamanda layihələrin koordinasiyasının, media ilə əlaqələrin qurulmasının, effektiv idarəçiliyin təmin olunmasıdır.
Tədbirdə çıxış edən Şura sədri Azay Quliyev bildirib ki, qurum tərəfindən l Avropa Oyunları ilə bağlı 29 layihə maliyyələşdirilib. Onun sözlərinə görə, ümumilikdə bu məqsədlə 300 min manat ayrılıb: "Bu çərçivədə xüsusilə ictimai davranış qaydaları ilə bağlı layihələr həyata keçirilib. Amma bir məsələni də diqqətə çatdırım ki, hələ də avtomobillər ictimai yerlərdə səs siqnallardan istifadə edir, xidmət yerlərində problemlər var. Düzdür, qanunvericilik vasitəsilə ictimai qaydaları pozmağa görə cərimələr artırılıb. Amma hələ də təbliğat işlırinə ehtiyac var".
Bəxtiyar