1 İyun 2015 14:48
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda rəsmi səfərdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 1-də Bişkək şəhərindəki Qələbə meydanında yerləşən Əbədi məşəl abidə kompleksini ziyarət edərək əklil qoyub.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, sonra Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyev tərəfindən general-polkovnik Z.Həsənovun rəsmi qarşılanma mərasimi keçirilib.

Nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.

Sonra Müdafiə Nazirliyinin nümayəndə heyəti Koy-Taş şəhərində yerləşən Qırğızıstan Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Mərkəzində olub. Mərkəzin tarixi, fəaliyyəti və strukturu haqqında qonaqlara brifinq təqdim olunub.

Səfər iyunun 2-dək davam edəcək.

BƏXTİYAR


Müəllif: