1 İyun 2015 16:59
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonu ərazisində həyətyanı sahədə qazıntı aparan kənd sakini Azər Əsədov tarixi tapıntılar aşkarlayıb.

Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, rayonun Mürəssəfli kəndində tapılan bu tapıntı Azərbaycanın qədim tarixinin öyrənilməsi üçün yeni bir səhifə aça bilər. Kənd sakini bu tapıntını dovşanlara qalacaq yeri düzəltmək üçün yeri qazarkən aşkarlayıb.

Azər Əsədovun dediyinə görə, həyətlərində hələ 1990-cı ildən bəri aparılan əkin işləri zamanıda qədim əşyalar, əsasən də küp qırıqları aşakarlayıb. Lakin, onların heç biri indiki tapıntı qədər zəngin olmayıb.

Özünün dediyinə görə saxladığı dovşanlara yuva qazıb. Əvvəl qazdığı quyu çökdüyü üçün yenisini qazmalı olub. Bu zamanda bir neçə iri küplər aşkar edib. Tapıntının bununla yekunlaşacağını zənn etdiyindən əvvəl tapdığı saxsı küpləri bir dostuna hədiyyə edib. Bir gün sonra işini davam etdirərkən əlavə olaraq bir neçə küp tapıb. Küplərin içində qədim muncuqlar və misdən düzəldilən zinət əşyaları aşkarlanıb.

Daşqın Abdullayev


Müəllif: