1 İyun 2015 20:30
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri cənab Temir Sariyevlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə tərəflərin iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafından razı qaldığı bildirilib, müxtəlif strukturlar, o cümlədən Müdafiə nazirlikləri arasında görüşlərin keçirilməsi yüksək qiymətləndirilib və bu cür əlaqələrin mövcud siyasi, iqtisadi, mədəni münasibətlərin tərəqqisi üçün yeni imkanlar açması ifadə edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan T.Sariyev münaqişənin tez bir zamanda sülh və siyasi yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olduğunu xüsusi vurğulayıb: “Münasibətlərimiz yalnız ikitərəfli deyil, həm də BMT, ATƏT və digər təşkilatlar çərçivəsində çoxtərəfli formatda inkişaf edir. Hərbi əməkdaşlıq Qırğızıstan-Azərbaycan münasibətlərinin bütün spektrinin ən mühüm elementlərindən biridir və biz bu səmərəli əməkdaşlığın gücləndirilməsində və inkişafında maraqlıyıq”.

Müdafiə naziri general-polkovnik Z.Həsənov iki ölkənin hərbi sahədə, o cümlədən ordu quruculuğu və hərbi təhsil məsələlərində əlaqələrinin daha da genişləndirilməsinin tərəfdarı olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər