2 İyun 2015 11:45
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnsan alverinə qarşı mübarizə ilə bağlı ökəmizdə aparılan işlər dünyanın və Avropanın bir çox ölkəsinə nümunə ola biləcək səviyyədədir”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında ekspert Ramiz Alıyev deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən bütün cinayət növləri ilə aparılan amansız mübarizə öz müsbət nəticələrini verməkdədir:

“Bu cinayət növlərindən biri də insan alveridir ki, aparılan uğurlu mübarizə bu gün real nəticələrlə özünü göstərir. Beləki, əvvəlki illərlə müqayisədə indiki nəticələr arasında çox böyük fərqlər var. Qonşu ölkələrdə bu sahədə həyata tədbirlər və maarifləndirmə işləri, demək olar ki, Azərbaycanla müqayisədə azdır. Hesab edirəm ki, əhalinin bu cinayət növü ilə bağlı maariflənməsi də əsas şərtlərdən biridir. Bu baxımdan dövlət orqanları ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında yaxşı əməkdaşlıq qurulub. Daxili İşlər Nazirliyi və bu qurumun İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, eləcə də digər əlaqədar hüquq- mühafizə orqanlarının apardığı uğurlu əməliyyat tədbirləri nəticəsində ölkəmizdən tranzit ölkə kimi istifadə minimuma enib. Bütün bu və digər cinayət növləri ilə aparılan mübarizə nəticəsində Azərbaycan bir çox inkişaf etmiş və təhlükəsizliyi yüksək səviyyədə qorunan ölkələrlə eyni səviyyədə təqdim edilir. Bu da hər birimiz üçün qürurverici haldır”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər