Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Gürcüstan Sərhəd Polisinin rəsi general-mayor Zurab Qamezardaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər gəlib.
DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, xidmətin aparatında Azərbaycan və Gürcüstan nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə Dövlət Sərhəd Xidməti ilə Gürcüstan Sərhəd Polisi arasında ikitərəfli münasibətlərin vəziyyəti müzakirə olunub, qarşılıqlı faydalı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsi bildirilib.
Müzakirələr zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraitinin vəziyyətinə və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb, dövlət sərhədində beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə sahəsində qarşılıqlı məlumat mübadiləsinin təkmilləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Azərbaycanda I Avropa Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan-Gürcüstan dövlət sərhədində sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqənin daha da gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
BƏXTİYAR