4 İyun 2015 14:05
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri dövlətdən müqəddəs Ramazan ayında bəzi televiziya kanallarında Azərbaycanda tərtib olunmuş təqvimə uyğun olmayan azanların verilməsinə qarşı tədbirlər görülməsini xahiş edib.

Teleqraf.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bu gün QMİ-nin Qazılar Şurası və Elmi-Dini Surasının Ramazan ayının başlaması ilə bağlı keçirilən birgə iclasında bildirib.

A.Paşazadə deyib: "Azərbaycanda ötən illərdə müqəddəs Ramazan ayında bəzi televiziya kanallarında bizim təqvimizə uyğun olmayan vaxtlarda azanlar verilib. Bu bizim içimizdə ixtilaf yaradır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən xahiş edirik ki, ya televiziya kanallarından biri azanı versin, ya da kanallarda təqvimə uyğun olmayan azanların verilməsinin qarşısı alınsın".


Müəllif:

Oxşar xəbərlər