7 İyun 2015 15:11
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 8-də Bakıda və Abşeron yarımadasında gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 24-28° isti olacaq.

Dəniz suyunun temperaturunun Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 19-20°, Türkan, Hövsan, Şıx, Sahildə 20-21° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında hava gündüz əsasən yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 28-32° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 18-23° isti olacağı ehtimal edilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava gündüz əsasən yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava gündüz əsasən yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 28-32° isti olacağı ehtimal edilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 27-32° isti, dağlarda gecə 13-18° isti, gündüz 25-27° isti olacağı gözlənilir.


Müəllif:

Oxşar xəbərlər