8 İyun 2015 15:18
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi sosial şəbəkələrdə o cümlədən Azadlıq radiosunun internet səhifəsində guya Avropa oyunlarına inzibati resursun cəlb olunması ilə bağlı məlumatlar gedir.

SİA-nın əldə etdiyi məlumatda deyilir ki, bu cür tədbirlərin keçirilməsi zamanı müəyyən resursların cəlb olunması geniş yayılmış praktikadır. Voluntyorlar institutunun yaradılmasının başlıca məqsədi də geniş ictimaiyyətin həmin tədbirlərdə iştirakını təmin etməkdir. Azərbaycanda belə oyunların birinci dəfə keçirildiyini nəzərə alsaq vətəndaşların marağının yüksək olması onların bu prosesdə yaxından iştirak etmək, yardım göstərmək niyyətini də təbii qarşılamaq lazımdır.


Lakin bu cür tədbirlərdə bəzi fövqəladə halların yaşanması da dünyada rast gəlinib. Məsələn elə Böyük Britaniyanın özündə London-2012 olimpiadasında 12 mindən çox oturacaq boş qalıb. "The Daily Telegraph"ın məlumatına görə, boş oturacaqlar tək-tək deyil, blok halında tamaşaçısız qaldığından ortaya xoş olmayan görüntülər çıxıb. Bu fiaskonu ört-basdır etmək istəyən London Olimpiadasının təşkilat komitəsi boş yerlərə xidmət keçməkdə olan əsgərləri eləcə də olimpiadanın özündə çalışan və boynunda vəsiqələri olan hərbçiləri, o cümlədən təhsil müəsissələrindən xüsusi avtobuslarla məktəbliləri və müəllimləri gətirərək yerləşdirib.


Bütün bunlar fotoaparatların obyektivinə tuş gəlib.


Müəllif:

Oxşar xəbərlər