"Euronews" TV kanalı qərəzsiz media orqanı olduğunu göstərə bilmədi. Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Milli Qurtuluş Günü ilə bağlı “Twitter” səhifəsində bildirib.
N.Məmmədov deyib ki, Avropa ölkələrinin idmançılarının iştirak etdiyi möhtəşəm açılış mərasiminə ayırdığı vaxt Euronews-un mahiyyətini ortaya qoydu: "Amma bu kanal iki “gey”in evlənməsi xəbərini bir həftə saatda dörd dəfə göstərməyi vacib hesab edir".