17 İyun 2015 15:20
1 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda heç bir şagird və tələbə məcburi şəkildə badminton idman növü ilə məşğul olmağa məcburi şəkildə cəlb edilməyəcək.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın təhsil naziri, Azərbaycan Badminton Federasiyasının bu gün yeni prezidenti seçilmiş Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, ölkədə badminton idman növünün inkişafı üçün təhsil müəssisələri ilə əməkdaşlıq genişləndiriləcək: “Məcburi şəkildə heç kim heç hara cəlb edilməyəcək. Amma təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Son illərdə ölkədə minlərlə yeni məktəb tikilib, təmir edilib, ali məktəblərin yeni korpusları yaradılıb, ölkənin bütün bölgələrində olimpiya mərkəzləri yaradılıb. Bu nöqteyi-nəzərdən maddi-texniki bazadan tam yararlanmaq üçün bütün idman növlərinin inkişafına şərait yaratdığımız kimi, badmintonun da inkişafına şərait yaratmalıyıq” .


Müəllif:

Oxşar xəbərlər