17 İyun 2015 19:17
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dənizkənarı Milli Park ərazisinə yeni qatarlar gətirilib.

Gətirilən yeni gəzinti qatarları artıq sakinlərin istifadəsinə verilib. Milli Parkda 14 dayanacağı olan qatarlara 80 sərnişin minərək rahat şəkildə ərazisini gəzə bilər. Sərnişinlərin rahatlığı üçün vaqonların hər birində soyutma və isitmə sistemi var. Qiyməti isə əvvəlki qatarlarda olduğu kimi 2 manatdır. 6 yaşa qədər uşaqlar üçün isə pulsuzdur.

Bulvar idarəsinin rəis müavini Nazim Məcidov AZƏRTAC bildirib ki, yaxın vaxtlarda Milli Parkda yeni minik maşınları da fəaliyyətə başlayacaq. Maşın Bulvarın İdman Sarayından Bayraq Meydanına qədər olan məsafədə hərəkət edəcək.

Qeyd edək ki, birinci Avropa Oyunları günlərində Dənizkənarı Milli Park ərazisinə gələn insanların çox olmasını nəzərə alan qurum gücləndirilmiş iş rejimində çalışır. Bulvar ərazisinin təhlükəsizliyi tam təmin olunub.


Müəllif: