“Emin Hüseynov kimilərini hüquqmüdafiəçisi adlandırmaq digər obyektiv hüquqmüdafiəçilərinə hörmətsizlik olar”.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev deyib. Onun sözlərinə görə, bu cür insanlar öz fəaliyyətləri ilə ölkəmizə və dövlətimizə zərər vurmaqla məşğul olan şəxslərdir: “Emin Hüseynov necə hüquqmüdafiəçisidir ki, qanunu pozur, vergidən yayınır? Onun məqsədi insanların hüquqlarını müdafiə etmək yox, xarici dairələrə məxsus olan çirkili pulları yumaq, ölkədə ixtişaşlar yaratmaq və s. kimi vəzifələrdir. İsveçrənin onu öz himayəsinə alması da müəmmalı məsələ kimi qiymətlədirmək lazımdır. Beləki əgər Emin Hüseynov siyasi baxışlarına görə təqib olunurdusa, İsveçrə ona siyasi sığnacaq verə bilərdi. Ancaq görünən odur ki, Emin Hüseynov başqa xidmətləri ilə bu “diqqəti” qazanıb. Yoxsa, vergidən yayınma cinayəti ilə məhsuliyyətə cəlb olunan bir şəxsi müdafiə edib, onun 160 min manat vergi borcunu niyə ödəyirdi? Bu məsələni sadə məsələ kimi qiymətləndirmək olmaz. Belə insanlar xaricdən ölkəmizə hər cür zərər vurmağa hazır olan şəxslərdir və gələcəkdə də ona veriləcək dövlət və xalq əleyhinə bütün tapşırıqlara canla –başla əməl edəcək. Hesab edirəm ki, Prezident İlham Əliyevin Emin Hüseynovu öz ərzəsinə əsasən vətəndaşlıqdan çıxarması ölkəmizin daha bir zərərverici vətəndaşından azad olması kimi qiymətləndirilməlidir”.
R.Alıyev deyib ki, Azərbaycan İsveçrənin Qafqazda ən yaxın tərəfdaşı kimi tanınır. Onun sözlərinə görə, iki ölkə arasında normal iqtisadi əməkdaşlıq münasibətləri var: “Bir çox İsveçrə şirkəti ölkəmizdə və o cümlədən Azərbaycanın da bəzi şirkətləri İsveçrədə fəaliyyət göstərir. Hesab edirəm ki, İsveçrə dövləti Azərbaycanla olan münasibətlərinə əsaslanmalı və bu kimi şəxslərə ölkələrimiz arasında zərərvericilik rolunda çıxış etəməyə imkan verməməlidir”.
BƏXTİYAR