25 İyun 2015 10:32
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində tədbirlər planlaşdırılıb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, plana uyğun olaraq Şəhidlər Xiyabanları ziyarət olunur, Silahlı Qüvvələr və müharibə veteranlarının şəxsi heyətlə görüşləri təşkil edilir. Eyni zamanda yerli icra hakimiyyəti rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, veteran təşkilatlarının, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə silsilə mədəni-kütləvi tədbirlər keçirilir, şəxsi heyətin təntənəli keçidləri, hərbi orkestrlərin parklarda çıxışları, ordu haqqında filmlərin nümayişi və digər silsilə tədbirlər keçirilir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər