29 İyun 2015 17:54
3 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 30-u gecəsi saatlar 1 saniyə geri çəkiləcək.

Teleqraf.com xəbər verir ki, dünyanın günəş ətrafındakı dönmə sürətinin azalması səbəbindən iyunun 30-dan iyulun 1-nə keçən gecə saatlar 23.59.59-da 2 dəfə eyni saniyəni göstərəcək.

TÜBİTAK Milli Rəsədxanasının Elmi İşçisi və İstanbul Universiteti Fənn Fakültəsi Astronomiya və Kosmos Elmləri kafedrasının müəllimi, dosent Hasan Esenoğlu 1972-ci ildən bəri 25 dəfə bu yolla dünyanın gərdişinin yavaşlanmasını və mövsüm sürüşmələrindən yaranan artıq zamanın bərpa edildiyini qeyd edib.

Ancaq 1 saniyəlik əlavə informasiya mütəxəssislərini düşündürür. Mütəxəssislərə görə, əlavə 1 saniyə bir sıra texnoloji sistemin pozulmasına səbəb ola bilər.

Çünki, saatlar 23.59.59-da bir saniyə əvəzinə 2 saniyə çalarkən bunun, kompüter sistemləri tərəfindən qəza olaraq dəyərlənirilməsi mümkündür.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər