1 İyul 2015 15:32
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev mayın 19-da Bakının Binəqədi rayonundakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı körpəni xilas edən polisi mükafatlandırıb.

Teleqraf.com xəbər verir ki, iyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Təltif edilənlər arasında bu il mayın 19-da Binəqədi rayonundakı çoxmərtəbəli yaşayış binasında 15 nəfərin ölümü ilə nətcələnən yanğında igidlik göstərmiş polis serjantı Elvin Abışovun da adı var.

Yanğın zamanı körpə uşağı xilas edən E.Abışov “İgidliyə görə” medalı ilə təltif olunub.


Müəllif: