2 İyul 2015 23:22
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətini aktivləşdirəcəyinə ümid edir. Trend-in məlumatına görə, bunu Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakıda ABŞ-ın müstəqilliyinin 239-cu ildönümünə həsr edilmiş tədbirdə deyib.

Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəsinin müstəqillik qazandığı dövrdən etibarən qazandığı nailiyyətlərdən danışıb.

Diplomat qeyd edib ki, ABŞ və Azərbaycan iki ölkə arasında güclü münasibətlərin yaradılması üzərində işləməyə davam edir.

İ.İsmayılov Azərbaycan hökuməti adından ABŞ xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Onun sözlərinə görə, 1992-ci ildən iki ölkə arasında əlaqələr müxtəlif istiqamətlər, xüsusilə də iqtisaiyyat və təhlükəsizlik sahələrində inkişaf edir: "Azərbaycan Kosova və Əfqanıstandakı əməliyyatlarda ABŞ-a kömək edib və gələcəkdə terrorçuluqla mübarizə sahəsində ABŞ-la əməkdaşlığa hazırdır".


Müəllif:

Oxşar xəbərlər