Azərbaycanın müdafiə naziri Latviyada bir neçə hərbi obyektdə olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Latviyaya rəsmi səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin "Adaji" hərbi bazası, Birgə hücumun idarə edilməsi terminalı, Partlayıcı maddələrin zərəsizləşdirilməsi məktəbi, Tibb Mərkəzi və "SWATH" patrul gəmisini ziyarət edib.
Ziyarət zamanı Azərbaycanın müdafiə nazirini Latviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Raimonds Qraube müşayiət edib.
Səfər iyulun 4-də başa çatacaq.