10 İyul 2015 12:23
1 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzi rəhbərinin Mətbuat və Nəşr məsələləri üzrə müşaviri, şair Fərid Hüseyn işdən çıxarılıb.

Teleqraf.com AzNews.az-a istinadən xəbər verir ki, şairin işdən çıxarılmasının səbəbi yazdığı yazılar və verdiyi açıqlamalar olub. F.Hüseynin qarşısına şərt qoyulub ki, bütün yazılarını və açıqlamalarını rəhbərliklə razılaşdıracaq. Amma gənc şair təklifi qəbul etməyib və ərizə yazaraq işdən çıxıb. F.Hüseyn işdən çıxdığını təsdiqləsə də, səbəbləri açıqlamaqdan imtina edib.

Teleqraf.com məsələyə aydınlıq gətirmək üçün Tərcümə Mərkəzi rəhbəri Afaq Məsudun özünə müraciət edib. A.Məsud bildirib ki, məsələ ilə bağlı açıqlama hazırlayırlar: "Fərid Hüseynin işdən çıxması və bununla bağlı bizə qarşı irəli sürülən ittihamlarla bağlı cavabımız olacaq".

Mərkəzdən bildirilib ki, Fərid Hüseyn işinin öhdəsindən gələ bilmirdi: " Buna görə ona rəhbərlik tərəfindən dəfələrlə irad tutulub. Özü də bu iradlarla razı idi. İşini axıracan yerinə yetirməyi bacarmırdı. Ona görə ərizəsini yazaraq çıxdı”.

Ruslan


Müəllif:

Oxşar xəbərlər