14 İyul 2015 11:40
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə Prezidentinin bu ilin I yarısının sosisla-iqtisadi inkişafının yekunları ilə bağlı və qarşıda duran məsələlərə həsr olunan iclasda verdiyi tapşırıqların icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlərə başlanılıb.


Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov Teleqraf.com-a bildirib ki, ölkə ərazisində 2 və 3 ulduzlu hotellərin tikintisi və sahibkarların bu sahəyə sitimullaşdırılması marağını artırılması ilə əlaqədar nazirlik tərəfindən müvafiq təşkilatlara məktublar hazırlanıb.


Nazirlik rəsmisi qeyd edib ki, elektron vizanın müddətinin qısaldılması ilə bağlı Mədəniyyət və Turizm, Xarici İşlər nazirlikləri tərəfindən qısa müddət ərzində birgə fəaliyyət planı hazırlanacaq.


Həmçinin mehmanxanalarda qiymət siyasətinin tənzimlənməsi məqsədilə nazirlik İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə təkliflər paketi hazırlayır.


Xatırladaq ki, prezidentn İlham Əliyev çıxışında qeyd edib ki, turizm sektorunun inkişafını əngəlləyən üç əsas səbəb var: bahalı aviabiletlər, viza prosedurlarının mürəkkəbliyi və bölgələrdə otellərin qiymətlərinin həddən artıq baha olması.

Prezident deyib ki, Azərbaycana gələn qonaqlar ölkəmizi tərifləyir, buradakı inkişafdan məmunluğunu bildirir. Lakin şikayətlənirlər ki, gəlmək çox çətindir. Çünki gərək haradasa bir ay əvvəl viza almaq üçün müraciət edəsən.


"Bölgələrdə otellərin qiymətlərinin həddən artıq baha olması barədə ona siqnallar gəlir. Bakıda bunu başa düşmək olar, çünki dünyanın məşhur brendləri altında fəaliyyət göstərən otellərdir. Onların öz qiymət siyasəti var, biz bu qiymət siyasətinə o qədər də qarışa bilmirik. Bəs bölgələrdə 5 ulduzu olmayan otellərdə qiymətlər niyə bahadır? Bölgələrdə otellərə elə qiymətlər qoyublar ki, adam heç getmək istəmir”- deyə prezident bildirib.

Dövlət başçısı 2 və 3 ulduzlu otellərin tikilmədiyini də qeyd edib, əlavə edib ki, nəticədə aztəminatlı ailələr istirahət edə bilmir.


Müəllif: