14 İyul 2015 14:49
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Zakir Qaralov İmişli rayonunda vətəndaşlarla görüşəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə İmişli, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşlar iştirak edə biləcək.

Görüş iyulun 24-də saat 11:00-da İmişli rayon prokurorluğunun inzibati binasında baş tutacaq. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və İmişli şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkr.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər